Müdafiə nazirləri şəhidlərimizin hüzurunda

Xəbərlər

30.10.2019 - 11:08

MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər

 

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları oktyabrın 30-da Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

İclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən iclas iştirakçılarına Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Müəllif: Ayna.az