“Erməni terroru və Qriqorian kilsəsi” adlı kitab işıq üzü görüb

Xəbərlər

30.11.2019 - 19:29

Həkimlər Klinikalar SEO Xidməti

“Erməni terroru və Qriqorian kilsəsi” adlı kitab ingilis dilində də nəşr olunub

 

Tədqiqatçı-jurnalist, ”Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın “Erməni terroru  və Qriqorian kilsəsi” adlı Azərbaycan və ingilis dillərində yeni  araşdırması çap olunub. 

 

Kitab müəllifinin AYNA-ya verdiyi məlumata görə, kitabda erməni kilsəsinin  tarixi, bu xalqın milli-iqrçi identifikasiyasının formalaşamasında kilsə amili, bundan əlavə, qriqorian kilsəsinin  XIX-XX əsrlərdə Azərbaycan  və Türkiyə ərazisində terror fəaliyyətində bilvasitə iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə  istinadən təkzibolunmaz faktlar təqdim edilib. 

 

Kitabda Qriqorian kilsəsinin erməni separatizmini ilk rüşeymi olması, erməni  millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti  açıb göstərilib. 

 

Xarici ölkələrdə erməni diaspora və lobbi təşkilatlarının təhriolunmuş həqiqətlərə söykənən qatı anti-Türkiyə və anti-Azərbaycan təbliğatını, erməni millətçiləri ilə informasiya müharibəsində əhəmiyyətli elmi-faktaloji material hesab edildiyini nəzərə alaraq “Erməni terror və Qriqorian kilsəsi” monoqrafik elmi işi ingiliscədə də  nəşr olunub. 

 

Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, rəyçiləri tarix üzrə elmlər doktoru, professor Qasım Hacıyev, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahovdur. 

 

Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov, tərcüməçi Ceyhun Bayramlı, ingilis dilli versiyanın redaktoru Bakı Slavyan Universitetinin dissertantı  Afət Əliyeva, Azərbaycandilli versiyanın redaktoru  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.

 

Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və xarici ölkələrin ekspertləri üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, yeni nəşr  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və İB-in layihəsi çərçivəsində işıq üzü görüb.

 

Müəllif: Raminə Eyvazqızı