Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Dilarə Seyidzadəni mükafatlandırıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, Dilarə Seyidzadə 16 noyabr 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsində çalışır.