Pompeo: “Hələ də Çinin vəd etdiyi yardımı gözləyirik”

Dünya

21.05.2020 - 15:55

cedabet Klinikalar SEO Xidməti

“Çin Kommunist Partiyasının məsuliyyətsizliyi 9 trilyon dollara başa gəldi”

 

ABŞ dövlət katibi Mayk Pompeo koronavirusun fəsadları ilə bağlı açıqlama verib. AYNA xəbər verir ki, Pompeo pandemiyanın 90 mindən çox ABŞ vətəndaşının həyatına son qoyduğunu, 36 milyondan çox vətəndaşın isə işini itirdiyini bildirib.

 

Dünyada koroavirusdan 300 min insanın öldüyünü xatırladan Pompeo Çin Kommunist Partiyasının məsuliyyətsizliyinin 9 trilyon dollara başa gəldiyini vurğulayıb. Dövlət katibi onu da əlavə edib ki, ABŞ virusla mübarizəyə 10 milyard dollar vəsait xərclədiyi halda, Çin cəmi 2 milyard dollar yardım edəcəyi barədə söz verib.

 

“Buna baxmyaraq, biz hələ də Çinin vəd etdiyi 2 milyard dollar yardımı verməsini gözləyirik”-Pompeo qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş