Polşada prezident seçkiləri təxirə salınıb

Dünya

07.05.2020 - 09:10

cedabet dərman SEO Xidməti

"Seçkilər yoluxucu vəziyyəti nəzərə alaraq, poçtların köməyi ilə keçiriləcək"

 

Polşada mayın 10-da planlaşdırılan prezident seçkiləri baş tutmayacaq.

 

AYNA TASS-a istinadən xəbər verir ki, belə qərar haqqında ölkənin hakim "Qanun və ədalət" Partiyasının lideri Yaroslav Kaçinski, həmçinin onun müttəfiqi "Razılaşma" siyasi birləşməsinin lideri Yaroslav Qovin bildirib.

 

"Seymin spikeri birinci mümkün müddətdə yeni prezident seçkilərini elan edəcək", - Polşa agentlikləri tərəfindən yayılmış bəyanatda deyilir.

 

Sənədin müəlliflərinin sözlərinə görə, bu qərar "müxalifətin Konstitusiyada bu il təyin edilmiş müddətdə prezident seçkilərini keçirməyə imkan verən bütün konstruktiv təklifləri qəbul etməkdən imtinası ilə əlaqədar" qəbul edilib.

 

"Dövlət Seçki Komissiyası tərəfindən təşkil edilmiş seçkilər polyakların təhlükəsizliyi təmin edərək, yoluxucu vəziyyəti nəzərə alaraq, poçtların köməyi ilə keçiriləcək", - bəyanat müəllifləri qeyd ediblər. 

 

Koalisiya üzvləri vurğulayıblar ki, müvafiq qanun koalisiyanın bütün nümayəndələri tərəfindən dəstəklənəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş