"Vəziyyəti yaxşıdır və lazım olan bütün tibbi yardımı alır"
Koronavirusun sürətlə yayıldığı Polşada prezident Andrzej Dudanın da virusa yoluxduğu məlum olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Blazej Spychalski “Twitter"də məlumat verib.
“Dünən Prezident Duda koronavirus testindən keçmişdi. Nəticə isə müsbət oldu. Vəziyyəti yaxşıdır və lazım olan bütün tibbi yardımı alır", - deyə məlumatda qeyd olunub.
Bununa yanaşı, Polşanın Səhiyyə naziri gələn həftənin pandemiyanın qarşısını almaq üçün həlledici rol oynayacağını ifadə edib: “Lakin yoluxma bu şəkildə davam etsə, gələn həftə virusa yoluxanların gündəlik sayı 25 minə qədər çata bilər”.