“Politico”: Putinin yeni bölgələri ilhaq etmək qərarı Aİ-ni genişlənməyə məcbur edir

Dünya

11.09.2023 - 17:27

cedabet dərman SEO Xidməti

"Avropa paytaxtları arasında müzakirələr çox güman ki, mübahisəli olacaq”

Rusiya Prezidenti Vladimir Putinin yeni regionları ilhaq etmək qərarı səbəbindən Avropa İttifaqı (Aİ) genişlənməyə məcburdur. Lakin bu, Aİ üçün böyük problemlər vəd edir. Bu barədə “Politico” nəşri yazıb.

Qeyd edilib ki, hazırda Aİ-yə səkkizədək yeni ölkənin cəlb edilməsi istiqamətində iş aparılır.

“Tarixi genişlənmə arzusu Aİ üçün müəyyən risklər daşıyır. Yeni dövlətlərin, o cümlədən kənd təsərrüfatı Ukraynasının qoşulması bütöv bir “Pandora qutusu”nu açır”, - nəşr yazır.

Materialın müəllifləri Aİ-nin hazırkı üzvləri arasında uzunmüddətli qarşıdurmaya səbəb olacaq genişmiqyaslı daxili islahatlara ehtiyac olduğunu qeyd edirlər.

"Avropa paytaxtları arasında müzakirələr çox güman ki, mübahisəli olacaq. Çünki rəsmilər namizəd ölkələrin uyğunluğunu ölçürlər", - analitiklər qeyd ediblər.

Bundan əvvəl Aİ-nin genişlənmə və mehriban qonşuluq üzrə komissarı Oliver Varhelyi bildirib ki, birlik Türkiyə ilə viza rejiminin sadələşdirilməsi istiqamətində irəliləməyə hazırdır.

Eyni zamanda, Avstriyanın kansleri Karl Nehammer “Die Welt” qəzetinə müsahibəsində Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların bərpasının əleyhinə olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş