Bu gün də 4 terrorçu təslim olub
Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli anti-terror əməliyyatları nəticəsində PKK/YPG terrorçuları təslim olmağa davam edir.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur.
“Son olaraq İraqın şimalındakı düşərgələrdən qaçan dörd 4 PKK terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsində, Suriyanın şimalındakı terror qruplarından qaçan bir PKK/YPG terrorçusu isə Nusaybin qəsəbəsindəki sərhəd məntəqəmizə təslim olub”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, dünən də Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi anti-terror əməliyyatları zamanı Suriyanın şimalındakı düşərgələrdən silah-sursat və avadanlıqlarıyla birlikdə qaçan 2 PKK/YPG terrorçusu Suruçdakı sərhəd məntəqəsində təslim olmuşdu.