Pekinə beynəlxalq uçuşlar bərpa olunur

Dünya

03.09.2020 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Əcnəbilərə tranzit reyslərlə Pekinə uçuşuna icazə verilmir

 

Çin Mülki Aviasiya Administrasiyası bir neçə aylıq fasilədən sonra paytaxt Pekinin hava limanlarının beynəlxalq uçuşları qəbul etməsinə icazə verib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, ilkin mərhələdə Pakistan, Kamboca, Tailand, Danimarka, Avstriya, Kanada, İsveç və Yunanıstandan Pekinə uçuşlar bərpa ediləcək. Kambocanın paytaxtı Pnompendən gələn təyyarə martdan sonra Pekinin hava limanına xaricdən ilk uçuş olacaq. Hazırda gündəlik maksimum min sərnişinin xaricdən Pekinə daxil olmasına icazə verilib.

 

Pekinə yalnız Çin vətəndaşları və uçuş məntəqəsinin olduğu ölkənin vətəndaşları uça bilər. Yəni, əcnəbilərə tranzit reyslərlə Pekinə uçuşuna icazə verilmir.

 

Qaydalara əsasən, Çin paytaxtına xaricdən gələn bütün sərnişinlərdən koronavirus testinin neqativ nəticəsini təqdim etmək tələb olunur. Bundan başqa, sərnişinlər öz hesabına 14 gün karantində qalmalıdırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş