Onların təmasda olduğu 504 nəfərdən test götürülüb
Son vaxtlar koronavirusa heç bir yoluxma faktının olmadığı iddia edilən Çinin paytaxtı Pekində xəstəliyi simptomsuz keçirən şəxslər aşkarlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, Pekin bələdiyyəsi COVID-19-a iki yeni yoluxma faktının olduğunu açıqlayıb.
Yoluxan şəxslərdən biri başqa şəhərə uçmazdan əvvəl testdən keçirilib. 34 yaşlı kişinin test cavabı pozitiv olub və kişi dərhal təcrid edilib. O, hazırda xüsusi tibb müəssisədə müşahidə altındadır.
Koronavirusun siptomları olmayan daha bir xəstə isə restoranda işləyən şəxslərdən biridir. O da müalicə alır, ancaq fərqli bir xəstəxanada. Ümumilikdə, həmin şəxslərin təmasda olduğu 504 nəfərdən test götürülüb.
Bundan əvvəl Çin mediası ümumiyyətlə Pekinin pandemiyanın ilk dalğasının öhdəsindən mükəmməl gəldiyini yazıb. Son vaxtlar isə rəsmi qurumlar orada virusa yoluxma halının qeyd edilmədiyini bildirirdi.