Paytaxtın əsas prospektlərində hərəkət məhdudlaşdırılır

Xəbərlər

24.03.2021 - 13:26

Heydər Əliyev və Babək prospektlərində təmir və təmizlik aparılacaq

 

Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır.  Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, sürücülərdən sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Müəllif: Ayna.az