Təzadlı hava şəraiti hökm sürəcək: <font color=red> 40 dərəcə isti və yağış, dolu...</font>

Xəbərlər

24.06.2019 - 14:52

Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var

 

Bakıda və Abşeron yarımadasında iyunun 25-də hava əsasən yağmursuz keçəcək. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

İyunun 25-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 25-26-da Abşeron yarımadasında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olsa da, mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da müsbət amildir.

Müəllif: Ayna.az