Patruşev: “50 ölkə Ukraynadakı münaqişənin tərəfidir”

Dünya

29.03.2023 - 15:30

““Ramştayn” bazasındakı təlimlərdə iştirak edən ölkələr koalisiyadır”

““Ramştayn” bazasındakı təlimlərdə iştirak edən ölkələr koalisiyadır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Patruşev bildirib ki, təlimlərdə 50 ölkə iştirak edir: “Beləliklə, bu ölkələr Ukraynadakı münaqişənin tərəfləridir”.

“NATO ölkələrinin ərazisində Ukrayna hərbçiləri fəal şəkildə təlim keçirlər. “Ramştayn” koalisiyasına daxil olan 50-yə yaxın ölkə Kiyev rejiminin tərəfində silahlı münaqişədə iştirak edir”, - deyə Patruşev əlavə edib.

Müəllif: Ayna.az