Paşinyanın oğlu qaçırılmasının detallarını açıqlayıb: “Maşına öz istəyimlə mindim”

Dünya

05.06.2023 - 17:12

Aşot Paşinyan: “Avtomobildən düşmək istəyən zaman xanım Qayane buna icazə vermədi”

“Mən öz istəyimlə Qayane xanımın maşınına mindim. Mənim oğurlanmam maşından düşmək istədiyim andan başladı. O, mənim maşından düşməyimə icazə vermədi”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanması barədə danışarkən deyib.

“Məni zorla maşına salmadılar, öz istəyimlə mindim. Oğurlanmam maşından düşmək istədiyim anda başladı. Avtomobildən düşmək istəyən zaman xanım Qayane buna icazə vermədi. Ona görə maşından düşmək istədim ki, Qayane xanım Yerablura gedəcəyimizi mənə əvvəlcədən deməmişdi”, - Paşinyan vurğulayıb.

Aşot qeyd edib ki, ölən erməni əsgərinin anasına deyib ki, əlaqə saxlamaq istəyən hər kəs onunla əlaqə saxlaya bilər: “Bildirdim ki, mənim istəyimdən asılı olmayaraq, niyə məni Yerablura aparırsan? Söylədim ki, mən səninlə Yerablura getmək istəmirəm, çünki fikrimi soruşmadan məni aparırsan”.

Paşinyanın sözlərinə görə, bütün belə hallara qanun çərçivəsində baxılmalıdır: “Mənim işi məhkəmə-hüquq sisteminə müraciət etmək idi. Qalanı isə sistemin işçilərinin işidir”.

A.Paşinyan ölən əsgərlərin valideynlərindən ata-anasının hərəkətlərinə görə üzr istəməsini təkzib edib: “Guya ki, mən onlardan üzr istəmişəm və demişəm ki, biz türkük. Bu, tamamilə yalandır, belə bir şey olmayıb və ola da bilməz”.

Qeyd edək ki, bir müddət öncə A.Paşinyan İrəvanda İkinci Qarabağ müharibəsi zamanı ölən əsgərlərdən birinin anası tərəfindən maşınla qaçırılıb. Erməni mediası bunu “Paşinyanın oğlunun oğurlanması” kimi qiymətləndirib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıblar.

Müəllif: Ayna.az