Paşinyan nazirləri istefaya göndərir

Dünya

18.11.2020 - 12:31

Ermənistan hökumətinin 80 faizini vəzifəsindən uzaqlaşdırılır

 

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət üzvlərinin demək olar ki, 80 faizini istefaya göndərmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə düşmən ölkənin “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

 

Qəzetin iddiasına görə, hakim partiya bu günlərdə vəzifələrini tərk edənlərin yerinə yeni kadrlar axtarır. Məlumatda bildirilib ki, əmək və sosial işlər naziri Zaruhi Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan və nazirlərin hamısının müavinləri vəzifələrindən azad ediləcək.

 

Qəzetin iddiasına görə, Paşinyan hesab edir ki, Nazirlər Kabineti üzvləri Qarabağdakı müharibə günlərində fəaliyyətsiz olublar, buna görə də getməlidirlər.

 

Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Zöhrab Mnatsakanyan, onun müavini Şavarş Koçaryan və fövqəladə hallar naziri Feliks Çolakyan vəzifələrindən azad ediliblər.

Müəllif: Ayna.az