Paşinyan: “Mişustinlə görüşdə bir sıra razılaşmalar əldə edildi”

Dünya

09.07.2026 - 16:09

“Rusiya Baş naziri ilə görüş açıq, dürüst və mehriban atmosferdə keçib”

“Rusiya Baş naziri ilə görüş açıq, dürüst və mehriban atmosferdə keçib”. AYNA.AZ eməni mediasına istinadən bildirir ki, bu sözləri brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdən danışarkən deyib.

"Rusiya Baş naziri ilə açıq, dürüst və mehriban dialoqumuz oldu. Bir sıra razılaşmalar əldə edilib", - deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, bu razılaşmalar həyata keçirilənə qədər detalları açıqlamayacaq.

Ermənistan və Rusiyanın Baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin arasında görüş iyulun 6-da Yekaterinburqda baş tutub. Danışıqlar zamanı Paşinyan mövcud problemlərin həllinə ümid etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş