Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, aparılan axtarışlar nəticəsində Katex çayında sel sularının gətirdiyi ağac kötüklərini yığan zaman suyun apardığı 43 yaşlı Aslan Rzayevin meyiti Katex kənd 2 saylı məktəbin arxasından keçən çaydan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.