“Avropa İttifaqının Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlara başlaması üçün vaxt gəlib”
Avropa İttifaqının (Aİ) Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlara başlaması üçün vaxt gəlib. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki , bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost NATO sammiti çərçivəsində bildirib.
XİN başçısı deyib ki, "üzləşdiyimiz oyanış Rusiya ilə sülh razılaşmasına nail olmaq məqsədilə dialoqa başlamaq üçün əlverişli bir məqamdır".
Lakin Prevost danışıqların hansı şərtlərlə başlayacağını və ya konkret gündəliyi açıqlamayıb. Bunun əvəzinə, o paralel olaraq "məhdudlaşdırma" və hərbi xərclərin artırılmasına çağırıb.