Estoniya Ukraynadan silah alacaq

Dünya

09.07.2026 - 14:41

Estoniya Müdafiə Nazirliyi dronlar və uzaqmənzilli silahlar əldə etməyi planlaşdırır

Estoniya hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Ukraynadan silah almağa başlayacaq. AYNA.AZ-ın “Euractiv”ə istinadən məlumatına görə, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, bu razılaşma Estoniyaya Ukraynanın ehtiyatlarından silah almağa imkan verəcək. Xüsusilə, Estoniya Müdafiə Nazirliyi dronlar və uzaqmənzilli silahlar əldə etməyi planlaşdırır.

Pevkur qeyd edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov hərbi əməkdaşlıq proqramının həyata keçirilməsinə başlamaq üçün "mümkün qədər tez" Estoniyaya səfər edəcək.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və Estoniyanın Baş naziri Kristen Mişal dronlarla bağlı müqavilə imzalayıblar. Mərasim Türkiyədə keçirilən NATO sammiti çərçivəsində baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş