Ceyhun Bayramov: “Ermənistanla delimitasiya şimaldan cənuba davam etdiriləcək”
Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya üzrə iş gedir. AYNA.AZ xəbər verir ki, bunu APA-ya xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin ilkin müsbət nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”.
Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, eksklav kənd məsələləri öz həllini tapacaq”.