NATO-nun sammitində 50 milyard dollarlıq silah müqaviləsi imzalanıb

Dünya

09.07.2026 - 00:51

Müqavilələr hava hücumundan müdafiə sistemlərinin, dronların, silahların və hərbi texnikanın alınmasını əhatə edir

NATO-nun Ankarada keçirilən Zirvə Toplantısı zamanı keçirilən Müdafiə Sənayesi Forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb. AYNA.AZ-ın "Türkiye" qəzetinə istinadən məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, dronların, silahların və hərbi texnikanın alınmasını əhatə edir.

Müqavilələrin bəziləri Alyans ölkələri arasında birgə müdafiə layihələrinə aiddir. NATO-nun baş katibi Mark Rutte artıq 20 ölkənin "Drone Edge" təşəbbüsündə iştirak edəcəyini təsdiqləyib. Bu təşəbbüs çərçivəsində ittifaq ölkələri beş il ərzində dronların və əks-dronların istehsalına 40 milyard dollar sərmayə qoymağı planlaşdırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş