Paşinyan: “İrəvan və Bakı qarşılıqlı ticarət imkanlarını araşdırır”

Aktual

08.01.2026 - 19:04

“Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcək potensial mal siyahılarını mübadilə edirlər"

“Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarını mübadilə edir və araşdırır”. AYNA.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə deyib.

"Hazırda proseslər davam edir - Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcək potensial mal siyahılarını mübadilə edirlər", - deyə Paşinyan qeyd edib.

Hökumətin Azərbaycan benzinini kimin alacağını necə müəyyən etdiyinə dair şərhində Paşinyan bazarın əvvəlcədən araşdırıldığını və bu fürsəti siyasi oyuna çevirməyəcək şirkətlərə təkliflər verildiyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Baş nazirinin müavini delimitasiya üzrə komissiyanın iclasında Azərbaycan neft məhsullarının Ermənistana satılmasını təklif edib: "Biz belə bir fürsətin olduğunu dedik. Və hər iki tərəfdən şirkətlər, səhv etmirəmsə, bizim tərəfimizdən iki şirkət əlaqə qurdu".

Paşinyan həmçinin vurğulayıb ki, Azərbaycan neft məhsullarını satmaqdan imtina edən yanacaqdoldurma məntəqələri şəbəkələri var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş