"Qarabağ Qaziləri Batalyonu" yaradıldı: Döyüşmək istəyirlər

Aktual

01.10.2020 - 14:14

Batalyon birliyin mərhum sədri Ehtimad Əsədovun adını daşıyır

 

Azərbaycanda Qarabağ Qaziləri Birliyinin Qarabağ Qaziləri Batalyonu yaradılıb. Bu barədə AYNA-ya qurumun mətbuat katibi, qazi rey Kərimoğlu məlumat verib.

 

Qazi bildirib ki, artıq ölkənin müxtəlif yerlərində olan qaziləri prosesdə aktiv çəkildə iştirak edirlər: “Hazırda birliyin Füzuli filialının üzvləri döyüş bölüyünü yaradıblar, onlar silahlanırlar. Filial üzvlərinə bu gün hərbi formalar veriləcək, əməliyyatlarda iştirak üçün aidiyyatı quruma gedəcəklər. Yaxın 2-3 gündə Qarabağ Qaziləri Batalyonu tam komplektləşdirilmiş halda döyüşlərdə iştirak edəcək”.

 

R.Kərimoğlu deyib ki, batalyon şərti olaraq birliyin mərhum sədri Ehtimad Əsədovun adını daşıyır.

 

“Baş qazi Ehtimad Əsədov adına Qarabağ Qaziləri Batalyonu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa hazırdır”, - deyə qazi açıqlamasında deyib. 

Müəllif: Ayna.az