“Keçid balını toplayanların hamısına iş təklif edilməsi mümkün deyil” - <font color=red> NAZİR</font>

Aktual

13.09.2020 - 18:42

Emin Əmrullayev: “Ən yüksək balı olan namizədlər bu yerləri seçirlər”

 

Bu il 5000-dən artıq namizəd müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayıb. AYNA xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir qeyd edib ki, bu sevindirici haldır: “Çünki bacarıqlı, savadlı şəxslərin müəllim peşəsinə yiyələnməsi bir daha bunu sübut edir ki, müəllimlik peşəsi ən nüfuzlu, ən rəqabətli peşə sahələrindən birinə çevrilməkdədir”.

 

“Vakant yerlərin müvafiq qurumlar tərəfindən Təhsil Nazirliyinə təqdim edilməsi və bu yerlərin rəqabət əsasında seçilməsi olduqca vacibdir. Ən yüksək balı olan namizədlər bu yerləri seçirlər”, - deyə Əmrullayev qeyd edib.

 

Nazir bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsində keçid balını toplayan bütün namizədlərə iş təklif edilməsi mümkün deyil.

Müəllif: Ayna.az