Pandemiya ilə bağlı son vəziyyət

Dünya

02.04.2020 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Artıq Amerikada yoluxma rekord həddə çatıb 

 

Dünyada koronavirusa yoluxanların sayı 938 mini, ölənlərin sayı isə 47 mini keçib. AYNA xarici mətbuata istinadən pandemiya ilə bağlı son məlumatları təqdim edir.

 

İranda son 24 saat ərzində 124 nəfər ölüb. Ölkədə virusa yoluxanların sayı 50 min 468-ə çatıb.

 

İspaniyada son 24 saat ərzində virusa yoluxma sayı 110 minə, ölü sayı isə 10 minə çatıb.

 

Rusiya rəsmiləri də koronavirusla bağlı mövcud məlumatları ictimaiyyətə çatdırıb. Açıqlamaya görə, Rusiyada son 24 saat ərzində 771 adamda virus aşkar edilib və yoluxma sayı 3544-ə çatıb.

 

Fransada da son 24 saat vahiməli olub. Ölkədə yoluxma sayı 57 min 767-ə, ölü sayı 4 min 43-ə yüksəlib.

 

Almaniyada Covid-19 bu günə qədər 931 insanın həyatına son qoyub. 77 min 981 insan koronavirus xəstəsidir.

 

Türkiyədə yoluxma sayı 15 min 679-a, ölü sayı 277-ə çıxıb.

 

Belçikada yeni növ koronavirusa yoluxanların sayı son 24 saatda 15 min 348-ə, ölənlərin sayı 1011-ə qalxıb.

 

ABŞ-da koronavirusdan ölənlərin sayı 5137-ə yüksəlib. Yoluxma halı isə rekord hədda çatıb. Artıq Amerikada 216 min 721 nəfərdə koronavirus aşkarlanıb.

 

Şimali Kipr Türk Respublikasında (KKTC) yoluxma sayı 77-yə yüksəlib.

 

İsraildə ölənlərin sayı 31-ə, yoluxanların sayı 6211-ə yüksəlib.

 

Avstraliyada yeni növ koronavirus nəticəsində ölənlərin sayı 23-ə, yoluxma isə 5 min 105-ə çatıb.

 

Yaponiyada ölənlərin sayı 82-ə, yoluxanların sayı  23 min 236-ya yüksəlib.

 

Mərakeşdə ölənlərin sayı 39-a, yoluxanların sayı 654-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş