Pakistanda mədəndə partlayış, altı nəfər ölüb

Dünya

04.03.2023 - 08:42

cedabet dərman SEO Xidməti

Dünyasını dəyişən altı şaxtaçının cəsədi çıxarılıb

Pakistanın Bəlucistan əyalətində yerləşən mədənlərin birində baş verən partlayış nəticəsində ən azı altı nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə “Dawn” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, mədənçilər 450 metrdən çox dərinlikdə işləyirmiş. Həmin vaxt mədəndə metan partlayışı baş verib. Mədənin bir hissəsi dağılıb.

Partlayışdan sonra xilasedicilər hadisə yerinə çatıb və dünyasını dəyişən altı şaxtaçının cəsədini səthə çıxarıblar.

Bildirilir ki, metan konsentrasiyası yüksək olduğundan 5 xilasedici iş zamanı huşunu itirib. Onlar ikinci qrup xilasedicilər tərəfindən səthə çıxarılıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş