Dağıntılar altında qalan doqquz şaxtaçının taleyi barədə məlumat yoxdur
Pakistanda mərmər mədəni çöküb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində 12 nəfər həlak olub, 6 nəfər xəsarət alıb. Bir neçə şaxtaçı hələ də dağıntılar altındadır.
Hadisə ölkənin Xeybər-Pahtunhva əyalətinin Mohmand dairəsində qeydə alınıb. Hadisənin baş verdiyi ərazidə xilasedicilər fəaliyyət göstərirlər. Dağıntılar altında qalan doqquz şaxtaçının taleyi barədə məlumat yoxdur. Onların axtarışı davam edir.
Yerli polis idarəsinin nümayəndəsi hadisə nəticəsində ölənlərin sayının artacağını istisna etməyib.