Orban Putinə zəng edəcək

Dünya

17.10.2025 - 11:18

"Mən Prezident Putinlə danışacağam"

Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 17-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Orban “Facebook”da yazıb.

"Mən Prezident Putinlə danışacağam", - deyə bildirib.

Oktyabrın 16-da ABŞ Prezidenti Donald Tramp Putinlə telefon danışığı zamanı onunla Macarıstanda görüşəcəyini elan edib və telefon danışığını “məhsuldar” adlandırıb. Daha sonra o sammiti iki həftə ərzində keçirməyə ümid etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş