Ombudsmandan ana və körpəsinin ölümü barədə <font color=red> AÇIQLAMA</font>

Cəmiyyət

02.09.2021 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

“Cəmiyyətdə qadınlara, uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu bildiririk”

 

"Bakının Səbail rayonu ərazisində baş vermiş ana və körpəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı dərin narahatlığımızı ifadə edir, cəmiyyətdə qadınlara, uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu bildiririk". AYNA xəbər verir ki, bu sözlər Ombudsman Aparatının yaydığı məlumatda əksini tapıb.

 

Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işinin istintaqında zorakılıq elementlərinin ciddi araşdırılması və təqsirkar şəxslərin qanunun tam ciddiyəti ilə cəzalandırılması məsələsi hazırda Ombudsmanın diqqətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş