Kadr axtarılır...

Cəmiyyət

06.12.2019 - 16:01

“Dövlət bu barədə düşünməli, yaxşı maaş və mənzil təklif edərək stimul yaratmalıdır”

 

Ölkədə ixtisaslı işçi tapmaq asan deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanovun sözlərinə görə, vacib problemlərdən biri də gənclərin təhsildə marağının artmasına baxmayaraq, bəzilərinin orta məktəbi bitirdikdən sonra təhsillərini davam etdirməməsidir.

 

Rəsmi məlumata görə, hazırda iqtisadi cəhətdən fəal əhalinin yalnız 33%-i ixtisaslıdır. Orta məktəbi bitirdikdən sonra bu insanlar ya peşə məktəbinə, ya da universitetə daxil olulbar.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədov AYNA-ya şərhində peşə məktəblərinin bərbad vəziyyətdə olduğunu deyib: “Ötən əsrin 70-ci illəri səviyyəsində mütəxəssislər yetişirlər. Əmək bazarında fərqli işçilər tələb olunur. Bütün insanlar mütləq ali və ya orta texniki təhsil almalıdırlar. Bacarıqlı işçi qüvvəsi çatmır. Paytaxtda bir tikinti bumu yarandıqda, müasir işıqlandırma cihazları quraşdıracaq elektrikləri tapa bilmədilər və onları xaricdən dəvət etməli oldular”.

Elya Belskaya


Ramanada faciə

Dünən, 17:26 Hadisə