Nyu-Yorkda 19 yaşlı oğlan polisə hücum edib

Dünya

01.01.2023 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

Polislərdən biri təcavüzkarı çiynindən atəş açaraq yaralayıb

ABŞ-da 19 yaşlı oğlan əlində kəsici alətlə polisə hücum edib. AYNA xəbər verir ki, hadisə Nyu-Yorkun “Tayms” meydanı yaxınlığında baş verib.

İddia olunur ki, naməlum şəxs heç bir səbəb olmadan polislərdən birinin yanına gələrək onun başına alətlə vurmağa cəhd edib. Polis komissarı Kiçant Syuel deyib ki, gənc daha sonra daha iki polisin başına zərbə endirib.

Polis nümayəndəsi bildirib ki, polislərdən biri təcavüzkarı çiynindən atəş açaraq yaralayıb və o, saxlanılıb. Hücum zamanı yaralananlar xəstəxanaya aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş