Növbə Kubaya çatdı?

Dünya

04.01.2026 - 17:42

“Maduronun devrilməsindən ən çox zərər çəkən ölkə Kuba ola bilər”

“Nikolas Maduronun devrilməsindən ən çox zərər çəkən ölkə Kuba ola bilər. Venesuela oradakı qardaş rejimə çox ucuz qiymətə neft satır və bu, Kubanın neft ehtiyacının 40 faizini təşkil edir. ABŞ bu alveri dayandırsa, Kubada sosial-iqtisadi vəziyyət daha da ağırlaşacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli sosial media hesabında yazıb.

Analitik qeyd edib ki, Kuba hazırda çox ağır, hərtərəfli böhran girdabındadır: “Hökumət xalqı elektrik enerjisi, qida, dərman kimi təməl ehtiyaclarla təmin edə bilmir. Əhalinin 70 faizi normal qidalana bilmir, 90 faizi dərin yoxsulluq içərisindədir. Xəstəliklər geniş yayılıb. Kommunal infrastruktur dağılıb. Şübhə yoxdur ki, Tramp və kubalı dövlət katibi Marko Rubio qarşıdakı 3 il ərzində Kuba məsələsini  də həll etməyə və uzun illərdir qıcıq duyduqları sosialist rejimi nəhayət ki, yox etməyə çalışacaqlar”.

“Trampın qitə siyasəti latınamerikan mənşəli amerikalılar arasında (xüsusən Floridada) indiki administrasiyanın nüfuzunu artıracaq. Amma bu, qarşıdakı Konqres və prezident seçkilərində respublikaçıların qələbəsi üçün yetərli olmaya bilər”, - deyə politoloq əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş