“Norman Dördlüyü” liderlərinin görüşü başa çatıb

Dünya

09.12.2019 - 23:09

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə rəhbərlərinin birgə mətbuat konfransı planlaşdırılıb

 

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, görüş təxminən iki saat 20 dəqiqə davam edib.

 

Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski iştirak edib.

 

Qeyd olunub ki, ölkə rəhbərlərinin birgə mətbuat konfransı planlaşdırılıb. 

 

Lakin bundan əvvəl Rusiya prezidenti Vladmir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ayrıca ikitərəfli görüş keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş