“Njdenin abidəsi rus əsgərlərin vecinə də deyil” – <font color=red> MARKOV</font>

Aktual

12.02.2021 - 21:04

Nasist agentin Qarabağdakı abidəsi söküldü, bundan sonra nə baş verəcək?

 

Xocəvənddə (Martuni) nasist Qaregin Njdeyə abidə qoyulması Azərbaycan ictimaiyyəti və dövlətinin birmənalı olaraq, kəskin mənfi mövqeyinə səbəb oldu. Njde kimi tarixdə qara izlər qoymuş şəxslərin abidələrinə Azərbaycan ərazilərində yer yoxdur.

 

Xatırladaq ki, AYNA öz növbəsində bu məsələni qaldırmışdı (https://ayna.az/news/24044). Materialda ekspertlər Bakının bu məsələ ilə bağlı prinsipial mövqeyinin izahı olaraq ya bu abidənin demontaj edilməsi, ya da dron vasitəsi ilə bombalanaraq, dağıdılması fikrini müdafiə etdilər.

 

Materialın yayımlanmasından, təxminən 10 gün sonra, Ermənistan parlamentinin deputatı Arman Babacanyan parlamentdə çıxış edərək, Njdenin abidəsinin söküləcəyini kədərli bir üzlə elan etdi. Və bu gün müstəqil bir deputat və “Mənim addımım” fraksiyasının keçmiş deputatı Sofiya Hovsepyan da abidənin artıq söküldüyünü təsdiqlədi: “Abidə dəqiq şəkildə sökülərək Tarix Muzeyinə çatdırılıb”.

Сергей Марков: Всем ясно, что в ближайшее время Азербайджан полностью  восстановит свой суверенитет над всей территорией Нагорного Карабаха -  АЗЕРТАДЖ - Азербайджанское государственное информационное агентство

Bu hadisəni AYNA-ya şərh edən rusiyalı politoloq Sergey Markov, Azərbaycan tərəfinin bu məsələni qaldırdığını və Rusiyanın rəsmi idarələrinin diqqətini buna cəlb edə bildiyini deyib: “Çox güman ki, rus əsgərləri bu abidənin yanından keçiblər və bu abidəyə heç əhəmiyyət belə, verməyiblər. Çünki hansısa saqqallı insanın kimliyi barədə məlumatları yox idi. Yerlilər bəzi qəhrəmanlarına abidə ucaltdılar və Rusiya sülhməramlıları, Azərbaycan tərəfi bu məsələni Rusiya Müdafiə Nazirliyi qarşısında qaldırmazdan əvvəl bununla maraqlanmadılar”.

 

Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyində bu məsələni qaldırdıqda və oradakı saqqallı kişinin sadəcə yerli bir qəhrəman olmadığını, Hitler rejiminin kaloborantı olduğunu və Bolqarıstanda Qızıl Ordunun arxa hissəsinə göndərilmık üçün təxribatçılar hazırladığını bildiriblər: “Və Rusiyanın nasistlərin qəhrəmanlaşdırılmasına dair mövqeyinə uyğun hərəkət etdilər. Nasistlərin qəhrəmanlaşdırılmasının qəbuledilməz olduğu və Njdenin bu cinayətkarlar siyahısına daxil edildiyi barədə Rusiyanın açıq bir mövqeyi var. Bundan sonra Müdafiə Nazirliyi bunun yolverilməzliyi ilə bağlı Ermənistan hakimiyyəti qarşısında bu məsələni qaldırdı. Göründüyü kimi, narazı sifət alan rus zabitləri ermənilərə dedilər ki, heykəli özləri çıxarmaqdan imtina etsələr, sonradan özlərini günahlandırsınlar. Rus əsgərinin hər gün nasist kaloborant abidəsinin yanından keçməsinə icazə verilməyəcək”.

 

Markov onu da əlavə edib ki, Njde abidəsinin sökülməsi faktı Azərbaycanla Rusiya arasında yaxşı əməkdaşlığın nümunəsi sayıla bilər: “Bu fakt tərəflər arasında inamı artırmağa kömək edir və yerdəki problemlərin sakitcə müzakirə olunaraq həll oluna biləcəyini göstərir. Rusiya tərəflər arasında dürüst bir vasitəçi olmaq istəyir”.

 

Lakin analitik millətçi erməni qrupları tərəfindən bu cür təxribatların gələcəkdə təkrarlanmayacağını istisna etmir: ““Daşnaksütyun”, “Sasna-Tsrer” kimi partiyalar Ermənistanın siyasi arenasını tərk etməyib və böyük bir terror təcrübəsinə malikdirlər. Bu səbəbdən belə təxribatlar gələcəkdə də davam edəcək”.

Tofiq Zülfüqarov: “Onu mən

Öz növbəsində, Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov AYNAA-ya bildirib ki, psixoloji səviyyədə insanların müəyyən bir hissəsi SSRİ-nin hələ dağılmadığını və Moskvanın hələ də postsovet məkanının lideri olduğunu düşünür: “İnsanlar bunun reallıqdan uzaq olduğunu hələ anlamayıblar. Ağdamdakı Monitorinq Mərkəzi kimi sülhməramlı qüvvələrin, səlahiyyətlilərimizin dəvəti ilə Azərbaycan ərazisində olduqlarını min dəfə söyləmək olar. Bu vəziyyətdə Azərbaycan onları ermənilərin kompakt yaşayış yerlərinin reinteqrasiyası prosesinin həyata keçirilməsinə kömək etməyə çağırdı. Əslində, onlar bu prosesi addım-addım təmin etməli olan müvəqqəti bir “yastıq”dır. Bu, heç kimin Azərbaycanı etnik təmizləmədə ittiham etməməsi üçün lazımdır”.

 

Müsahibimiz Qarabağ ətrafında mövcud bütün konfiqurasiyaların əsas elementinin Azərbaycanın özü olduğuna inanır: “Bu, BMT qaydalarına görə, ərazisi üzərində tam suverenliyi nəzərdə tutan istənilən beynəlxalq münasibətlərin və sülhməramlı əməliyyatların məntiqidir. Buna görə də, bu gün sülhməramlı qüvvələri tənqid etdiyimiz zaman, onların səhv edəcəklərini anlamalıyıq, lakin fikir mübadiləsi və məsləhətləşmələrdən sonra bu səhvlər düzəldilir. Buna görə insanları qələbəmizin həqiqətini anlamağa və bütün bu proseslərdəki mövqelərinə yenidən baxmağa çağırardım”.

 

Zülfüqarovun fikrincə, ermənilərin Azərbaycanın məlumatı və icazəsi olmadan heç bir abidə ucaltmaq hüquqları yoxdur: “Sülhməramlı missiyanın rolu isə Qarabağdakı ermənilərə Azərbaycan cəmiyyətinin bir hissəsi olduqlarını izah etməkdir. Ya qanunlarımızı qəbul edirlər, ya da bu ərazini tərk edirlər. Başqa cür olmayacaq, hər şey beynəlxalq hüquq çərçivəsindədir”.

Müəllif: Nicat Hacıyev