Nəhəng avtomobil şirkəti bağlandı

Dünya

18.03.2020 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Şirkət Avropada olan bütün zavodlarını müvəqqəti bağlayıb

 

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Covid-19 böhranı ilə bağlı fəaliyyətinə ara verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, şirkət rəhbərliyinin rəsmi açıqlamasına görə, avtomobil istehsalında xaricdən xammalın gətirilməsində problemlər yarandığından Avropada olan bütün zavodlarını müvəqqəti bağlayıb.

 

Zavodların bağlanmasında əsas səbəb isə karantin tədbirlərinin aparılması ilə bağlıdır.

 

Məlumatda bildirilib ki, şirkətin “Bratislava” (Slovekiya), “Pamplona” (İspaniya), “Palmela” (Portuqaliya), o cümlədən  Almaniyanın Volfsburg, Emden, Dresden Osnabrück, Zvickau, Kasseldəki zavodları işinə ara verib.

 

Qeyd edək ki, “Volkswagen”in28-i Almaniyada olmaqla,  Avropada 72 istehsal müəssisəsi var. Keçən il nəhəng şirkət Almaniyada 275 min, ümumiikdə isə Avropa üzrə 670 min insana avtomobil və hissələri ilə xidmət göstərib. Şirkət 2019-cu ildə 252, 6 milyard avro qazanıb və bu da 2018-ci ilin nəticələri ilə müqayisədə 7, 1% çox olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş