Stanislav Tkaçenko: “Rusiya ilə Türkiyə yaxın gələcəkdə irimiqyaslı layihələrə başlamaqdan çəkinəcək”
Koronavirus enerji bazarındakı bütün ümidləri puça çıxardı. İlk növbədə neft hasil edən ölkələrdə problemlər yarandı. Artıq OPEC-də problemlərin müzakirəsi gedir.
Sankt-Peterburq Dövlət Universitetinin iqtisadiyyat üzrə professoru Stanislav Tkaçenko AYNA-ya müsahibəsində həm koronovirus ajiotajı, Türkiyə-Rusiya münasibətləri fonunda, regionda iqtisadi prosesləri şərh edib.
- Tezliklə OPEC+ ölkələrinin iclası keçirilməlidir. Bu görüşdən sonra neftin qiymətinin sabitləşəcəyini gözləmək olarmı?
- Koronavirus amilinin dünya iqtisadiyyatına təsiri hələ də zəif şəkildə proqnozlaşdırılır. Bu, dünyada işgüzar fəallığın azalmasına və məntiqi olaraq qlobal iqtisadiyyatda əsas enerji mənbəyinin (neftin) qiymətinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda, hələ də likvidliyin (ilk növbədə ABŞ dollarının) həddindən artıq olduğu, faiz dərəcələrinin aşağı olduğu və planetin qabaqcıl iqtisadiyyatlarının qeyri-bərabər olmasına baxmayaraq, biz hər zaman olduğu kimi həmin dünyada yaşayırıq.
Bu gün OPEC-in dünya bazarındakı təkliflərin tənzimlənməsi siyasəti ilə bağlı qərarının qüvvədə qalacağını söyləmək çətindir. Koronavirus amilinin təsiri ilə neftin qiymətinin düşməsi neft istehsal edən dövlətləri büdcələrindəki gəlirləri qorumaq üçün hasilatı artırmağa məcbur edir. Eyni zamanda, OPEC+ sazişinin müsbət cəhətlərindən tamamilə imtina etmək istəmirlər. Heç olmasa “qara qızıl”ın məhdud tədarük vəziyyəti imkanından da imtina etmək niyyətində deyillər. Düşünürəm ki, neftin qiyməti bir barel üçün 50 dollardan aşağı düşməyəcək və neft istehsal edən aparıcı dövlətlər, ən azı sözlə olsa belə, OPEC+ sazişini dəstəkləyəcək. Ancaq neft qiymətlərinin 2020-ci illərin ortalarında bir barel üçün 70-80 dollaradək artacağını düşünərkən sevincli gözləntilərinizdən imtina etməlisiniz və bunun günahı da koronavirusdur.
Nicat Hacıyev