Nazarbayevanın daha bir səlahiyyəti əlindən alındı: Deputatlığına da xitam verilib

Dünya

04.05.2020 - 11:13

Qazaxıstan Mərkəzi Seçki Komissiyası qərar qəbul edib

 

Qazaxıstanın sabiq prezideti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva haqqında daha bir qərar verilib. AYNA xarici mediaya istinadən bildirir ki, Nazarbayevanın deputatlıq səlahiyyətlərinə də xitam verilib.

 

Qazaxıstan Mərkəzi Seçki Komissiyası açıqlama verərək bildirib ki, bu gün qurumun iclası keçirilib və parlamentin deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.

 

Xatırladaq ki, mayın 2-də Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev ölkə Senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.

Müəllif: Ayna.az