Naxçıvanda üç tondan çox çətənə kolu məhv edilib

Xəbərlər

26.07.2024 - 22:57

cedabet dərman SEO Xidməti

Polis əməkdaşları Culfa, Şərur və Şahbuz rayonları ərazisində əməliyyat keçirib

Naxçıvan Muxtar Respublikasında yabanı halda bitən 3,2 ton çətənə kolu məhv edilib. AYNA xəbər verir ki, muxtar respublikanın polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur və Şahbuz rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 3,2 ton olan 89 890 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmin çətənə kolları yandırılaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş