Doqquz və on birinci sinif şagirdlərinin nəzərinə

Xəbərlər

17.09.2019 - 13:18

Peşə məktəbləri üçün fevral ayında buraxılış imtahanları keçiriləcək

 

2020-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları 9-cu siniflər üçün iki mərhələdə (Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə), 11-ci siniflər üçün isə bir mərhələdə (Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə) olacaq.

 

Bunu AYNA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib. 

 

E.Əfəndi qeyd edib ki, həm 9, həm də 11-ci siniflərin buraxılış imtahanlarında maksimum əldə edə biləcəkləri bal 300 baldır: "9-cu siniflərə I mərhələdə hər fənn üzrə 30, cəm 90, II mərhələdə isə hər fənn üzrə 70, cəm 210 baldır. Ümumilikdə ballar cəmlənib 300 bal təşkil edir. 11-ci siniflərdə isə hər fənn üzrə 100 bal, cəm 300 bal təşkil edir".

 

"Buraxılış imtahanlarının tarixləri ilə bağlı DİM tərəfindən 2020-ci ilin başlanğıcında məlumat veriləcək. Peşə məktəbləri üçün fevral ayında buraxılış imtahanları keçiriləcək. 9-cu siniflər üçün I mərhələ mart ayında, II mərhələ iyun, 11-ci siniflər üçün isə buraxılış imtahanlarının aprel ayında keçirilməsi düşünülür. Yəni 2019-cu ildə olduğu kimi", - deyə ekspert əlavə edib.

Müəllif: Ayna.az