Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdı

Xəbərlər

08.08.2019 - 10:48

Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb

 

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

 

AYNA bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

 

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Müəllif: Ayna.az