Həftə sonuna gözlənilən xəbər

Xəbərlər

15.11.2019 - 18:59

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava proqnozunu açıqlayıb.

 

AYNA-ya ETSN-nin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı, 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

 

Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda  8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

 

Havanın maksimal temperaturu 9-13, dağlıq rayonlarda 5-9 dərəcə isti təşkil edəcək. 

Müəllif: Ayna.az