Navalnının qanında “Noviçok” olduğu bir daha təsdiqlənib

Dünya

14.09.2020 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

Fransa və İsveçdəki iki müstəqil laboratoriya müxalifətçinin nümunələrini yenidən təhlil edib

 

Hazırda Almaniyada müalicə olunan Rusiya müxalifətinin lideri Aleksey Navalnıdan yenidən analiz götürülüb. AYNA xarici mediaya istinadən bildirir ki, Fransa və İsveçdəki iki müstəqil laboratoriya Navalnının nümunələrini yenidən təhlil edib.

 

Navalnının analiz nəticələrində “Noviçok” zəhərinin olduğu bir daha təsdiqlənib. Bu barədə Almaniyanın Nazirlər Kabineti də açıqlama yayıb.

 

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş