Stoltenberq: “NATO münaqişənin qarşısını almaq üçün Rusiya sərhədlərində mövcudluğunu artırıb”
“NATO mümkün hərbi münaqişənin qarşısını almaq üçün Rusiya sərhədləri yaxınlığında mövcudluğunu gücləndirib”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
NATO rəsmisi bildirib ki, hazırda NATO-nun əsas məqsədlərindən biri Ukraynanı dəstəkləməkdir: “Digər məqsəd NATO ilə Rusiya arasında eskalasiyanın və genişmiqyaslı müharibənin qarşısını almaqdır. Alyans buna nail olmaq üçün şərq cinahını fəal şəkildə gücləndirib”.