NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Dünya

17.06.2024 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”

NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə gətirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Mən nə qədər nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarını açıqlamayacam. Bu məsələlərlə bağlı məsləhətləşmələr aparırıq”, - deyə baş katib vurğulayıb.

Stoltenberqin sözlərinə görə, NATO nüvə silahı olmayan dünya istəyir:  “Nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq. Çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş