İclas səfirlər səviyyəsində baş tutacaq
ABŞ-ın “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxmaq barədə qərarından sonra NATO fövqəladə toplantı keçirəcək.
AYNA-nın məlumatına görə, bu barədə “TASS”a Brüsseldəki mənbə bildirib.
İclas mayın 22-də səfirlər səviyyəsində baş tutacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.