Nazir: “128 min müharibə iştirakçısına 340 min manatdan çox dəstək göstərilib”
Ölkədə son 5 il ərzində inqilabi sosial islahat paketkəri həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib: “Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2,8 dəfə, minimum əmək haqqı 2,7 dəfə, orta əmək haqqı 75 faiz artıb. Müharibə iştirakçıları dövlət başçımızın tapşırığına uyğun olaraq daim diqqət mərkəzindədir. 128 min müharibə iştirakçısına 340 min manatdan çox dəstək göstərilib. Eyni zamanda, 6 min mənzil, 600 avtomobil təhvil verilib. Bu dəstək tədbirlərinin artırılması planlaşdırılır”.