Oktay Gülalıyevin səhhəti ağır olaraq qalır

Cəmiyyət

31.10.2019 - 10:46

Həkimlər Klinikalar SEO Xidməti

Onun müalicəsi reanimasiya şöbəsində davam edir

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.

 

Əməliyyatın baş tutduğu “City Hospital”dan Səhiyyə Nazirliyinə bildirilib ki, Gülalıyevin müalicəsi reanimasiya şöbəsində davam edir.

 

Qeyd edək ki, O.Gülalıyev dünən piyada keçidindən keçərkən, “90-PZ-543” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil tərəfindən vurulub. Faktla bağlı cinayət işi açılıb.

 

Xəstənin kritik vəziyyəti nəzərə alınaraq doğmalarının da razılığı ilə əməliyyata alınıb. Üç saatdan çox davam edən əməliyyat uğurlu hesab olunur. Onun vəziyyəti haqqında tutarlı cavab 3-5 gün ərzində veriləcək.

 

Hüquq müdafiəçisinin ağır vəziyyəti nəzərə alınaraq, Səhiyyə Nazirliyi mütəxəssis neyrocərrahların əməliyyata cəlb olunmasını təmin edib.

Müəllif: Ayna.az