Moskvaya son 50 ilin ən güclü qarı yağacaq

Dünya

10.02.2021 - 13:05

Elena Volosyuk: “Təbii ki, bu rekord dərəcədə qar yağışıdır”

 

Rusiyanın paytaxtı Moskvada son 50 ilin ən güclü qarı yağacaq. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə “Fobos” Hava Mərkəzinin aparıcı mütəxəssisi Elena Volosyuk deyib.

 

Mütəxəssis qeyd edib ki, güclü qar yağışı Moskvada 12 fevral gecəsi başlayacaq və 14 fevrala qədər davam edəcək.

 

“Yalnız 2 gündə aylıq yağıntının yüzdə 80 faizi yağacaq, qarın hündürlüyü 50 santimetrə qədər olacaq. Təbii ki, bu rekord dərəcədə qar yağışıdır”.

 

Volosyuk əlavə edib ki, sonuncu dəfə bu cür qar yağışı 1973-cü ildə qeydə alınıb.

Müəllif: Ayna.az