Tibb müəssisələrində 114 nəfər müalicə alır
“Crocus City Hall”da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 152-yə çatıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə qərargahının yenilənmiş məlumatında bildirilib.
Qeyd olunub ki, terror aktı nəticəsində 133 nəfər həlak olub. Həlak olanlardan 3-ü uşaqdır. Tibb müəssisələrində 114 nəfər müalicə alır ki, onlardan 4-ü uşaqdır.