Moskvada Putinlə Lukaşenko arasında gizli görüş olub?

Dünya

13.08.2020 - 13:46

Həkimlər Klinikalar SEO Xidməti

Kreml: “Cədvəldə belə bir görüş yoxdur”

 

Rusiya Prezidenti Vladimir Putinin cədvəlinə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş daxil deyil. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

 

“Cədvəldə belə bir görüş yoxdur”, - deyə Rusiya liderinin Administrasiyasından bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl bir sıra “Telegram” kanalları Lukaşenkonun gizli şəkildə Belarusdan ayrıldığını və təcili olaraq Putinlə görüşmək üçün Moskvaya uçduğunu bildiriblər. Belə bir məlumatı siyasi analitik Vladislav Roqimov da yayıb.

 

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən president seçkilərinin nəticələri rəsmən açıqlandıqdan sonra ölkədə mkütləvi etiraz aksiyaları başlayıb. Belarus xalqın hazırkı Prezident Lukaşenkonun 80 faizdən çox səs topladığına inanmır, onun saxta yolla hakimiyyətdə qalmaq istədiyini deyirlər. Belarus hüquq mühafizə orqanları ixtişaşların qarşısını almaq üçün müxtəlif zorakılıqlara əl atırlar. Minlərlə mitinq iştirakçısının həbs edildiyi barədə məlumatlar var. Aksiyalar 5-ci gündür ki, davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş